Yaponiya İctimai Televiziyasının keçirdiyi ekzitpolun nəticələrinə görə, ölkə paytaxtının indiki qubernatoru Koike Yuriko iyulun 5-də keçirilən seçkilərdə inamlı qələbə qazanıb və ikinci müddətə seçilib.

Unikal.org  xəbər verir ki, həmin ekzitpolun nəticəsinə əsasən, xanım Koike Yuriko səslərin 60 faizdən çoxunu toplayıb. Onun ardınca 20 faizdən bir qədər çox səs toplamış müxalifətdə olan Konstitusiyalı Demokratlar Partiyasının (KDP) nümayəndəsi Kenci Utsunomiya gəlir.

Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Hazırda səslərin hesablanması davam edir.