Türkiyədə son 24 saatda 20 nəfər dünyasını dəyişib, 1 154 nəfərdə Covid-19 aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 206-ya, yoluxanların sayı isə 204 610-a yüksəlib.

1 214 xəstə isə sağalaraq evə buraxılıb. İndiyədək 179 492 pasiyent Covid-19-a qalib gəlib. Gün ərzində 48 248 test edilib.