Hindistanın Qaziabad şəhərində  şam fabrikində güclü yanğın baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş verən yanğında 8 nəfər ölüb  və 4 nəfər yaralanıb. 

Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil. Hadisə ilə əlaqədar istintaq davam edir.