İngiltərədə bir nəfər tətil zamanı şkafları təmizləyib səliqəyə salanda keçmiş baş nazir Uinston Çörçilin şəxsi sürücüsünə aid gizli sənədlərin qoyulduğu bir pazl qutusu tapıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İngilisin kabinetində bir neçə gizli teleqram və Baş nazirin Dauninq küçəsindəki iqamətgahından, həmçinin polis idarəsindən göndərilən təlimatların olduğu məlum olub. Sənədlərdə Çörçili harada və nə vaxt gözləməyin vacib olması göstərilib.

Bundan əlavə, pazl qutusunda arxivin sahibi, 1925-1949-cu illərdə beş İngilis baş naziri ilə birlikdə işləyən sürücü Reqinald Parkerin şəkli olub. Ofisində gizli materiallar aşkar edən adam deyib ki, qutu onun evinə Parker adlı ərinin ölümündən sonra evində yır-yığışa kömək etdiyi qayınanasının vasitəsilə düşüb.

O, qayınanasının ona həyat yoldaşının sənədlərini atmağı tapşırdığını xatırlayıb, amma o, onları atmayıb və qoruyub. Bir müddət sonra isə sənədləri götürdüyünü unudub. İngilis tapdığı qutunu Hansons auksion evinə təhvil verib. Sənədləri bir neçə yüz funt-sterlinq dəyərində qiymətləndiriblər. Britaniyalı sənədlərin muzeydə nümayiş olunacağına ümid edir.