Ötən həftə "Fairmont otel”də dincələn aparıcı-aktrisa Mələk Heydərova üzr istəyib.

Unikal.org xəbər verir ki, o videomüraciət yayaraq deyib ki, çox peşmandır:

"Biz nə vəzifəmizlə, nə də statusumuzla kimdənsə fərqlənirik. Hamımız eyniyik. İstirahət etdiyim zaman çəkdirdiyim şəkillər paylaşılmışdı. Bununla bağlı hər kəsdən üzr istəyirəm. İlk olaraq isə çalışdığım telekanalın rəhbərliyindən üzr istəyirəm, bir də olmayacaq. Hazırda mən məzuniyyətdəyəm. Artıq bir həftədir işə getmirəm. Düşündüm ki, məzuniyyətimi yaxşı dəyərləndirim. Amma görünən odur ki, düzgün dəyərləndirə bilməmişəm”.