Kişi həyat yoldaşına əsəbiləşərək 5 mərtəbəli binanı yandırıb.

Unikal.org "Haberglobal"a istinadla xəbər verir ki, Ukraynanın Xarkov şəhərinin Bukina küçəsindəki 5 mərtəbəli binada yanğın törədilib. Həyat yoldaşı ilə dalaşan şəxs öz evini yandırıb. Nəticədə yanğın qonşuluqdakı evlərə sıçrayıb və bütün binanı bürüyüb.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub, bina sakinləri təxliyyə edilib, itki yoxdur. Hadisəni törədən şəxs saxlanılıb.