Meksikanın Quintana Roo ştatına  narkotik maddə keçirməkdə şübhəli bilinən təyyarə magistral yola enən zaman qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Cənubi Amerikadan gələn təyyarənin Meksika hava məkanına girdiyi andan izlənildiyi bildirilib. 

Belə ki, izlənməkdə olan təyyarə Meksikanın Yucatan ştatında olarkən magistral yola enib və bu zaman alışmağa başlayıb. Qısa zamanda hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb olunub. Baş verən hadisə ilə əlaqədar polis işçiləri təyyarədən 390 kiloqram ağırlığında olan 13 narkotik  bağlaması aşkar ediblər. 

Polislərin ilkin açıqlamasına görə, şəxs və ya şəxslər təyyarənin polis tərəfindən  izlənməsini bildikdən sonra təcili eniş edərək narkotik vasitələrlə dolu bağlamaları yandırıb və ərazidən uzaqlaşıblar. 

Faktla bağlı araşdırma davam etdirilir.