ABŞ-ın Florida ştatında  nadir xəstəlik  beyin yeyən amöb infeksiyası qeydə alınıb.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, Florida Səhiyyə Agentliyinin (DOH) açıqlamasında, Hillsburq bölgəsinin sakinində beyin yeyən amöbə yoluxduğunu bildirilib.  

Məlumatda, xəstənin amöbün harada yoluxduğu və sağlamlığı haqqında məlumat verilməyib.  

Qeyd edək ki, amöb xəstəliyindən əziyyət çəkən insanlarda yüksək atəş, ürək bulanması və qusma, sərt boyun və baş ağrısı kimi simptomlar var. Xəstələrin əksəriyyəti bir həftə ərzində ölürlər.

Bildirək ki, beyində infeksiyaya səbəb ola bilən, ölümcül ola biləcək mikro miqyaslı və tək hüceyrəli infeksiya insan bədəninə burun vasitəsilə daxil olur. Amöb infeksiyası ABŞ-ın cənub ştatlarında tez-tez görülür, 1962-ci ildən bu yana Florida ştatında cəmi 37 hadisə görülür.