ABŞ Prezidenti Donald Tramp sosial media hesabı “Twitter”də koronavirus pandemiyası ilə bağlı bir sıra açıqlamalarını paylaşıb. 

Unikal.org xəbər verir ki, Tramp Covid-19 infeksiyasına yoluxma və ölü sayının digər günlərə nisbətən azalma halını müşahidə etdiyini bildirərək xüsusi qiymətləndirmələr aparıb. 

Belə ki, “Məktəblər payızda açılmalıdır”- deyən ölkə başçısı, Covid-19 tədbirləri çərçivəsində bəzi ştatlarda məktəblərin payız müddətində təhsilə başlayacağını qeyd edib.