Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  “Prado” markalı minik avtomobili “Shacman” yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir ailənin 4 üzvündən 2 nəfər ölüb (bir qadın, bir kişi), 2-si isə yaralanıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.