Ailəsi ilə birlikdə Çeşmədə istirahət edən məşhur türk müğənnisi Demet Akalın medianın suallarını cavablandırıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni özünü xoşbəxt hiss etdiyini deyib. Buna səbəb onun çəki itirməsi və konsertlərinə yenidən başlamasıdır. Lakin karantinin ilk günlərində az qala havalanma həddinə çatdığını deyən müğənni ilk ay çox pis olduğunu, hətta ölməyi belə düşündüyünü etiraf edib. 

“Ölüm qorxusunu üzərimdən ata bilmirdim. Amma qızım Hiranı düşününcə özümü ələ alıb, güclənirdim” - deyə müğənni açıqlama verib.