Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və “Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cəbhə veteranı, polkovnik-leytenant Cabbar Bəylərov iyulun 6-da 93 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Akademiya məlumat yayıb. 

Məlumat üçün bildirək ki, Cabbar İsa oğlu Bəylərov 1927-ci il sentyabrın 3-də Ağdam şəhərində anadan olub. O, 1945-1950-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.