Dalay-Lama XIV Tenzin  Qyatso özünün debüt musiqi albomunu – mantranı buraxıb.

Unikal.org  xəbər verir ki, “Inner World” adlı vala 11 trek daxildir.

85 yaşlı Dalay-lama albomu Yeni Zelandiyadan olan müğənni Cunel Kunin ilə birlikdə yazıb.

Kuninin sözlərinə əsasən, o, hələ bir neçə il öncə dini liderlə birlikdə albom yazmaq istəyirdi.  Lakin Dalay-Lamanın yaxınları ona imtina etmişdilər.  Kunin təslim olmayaraq XIV Tenzin  Qyatsonun qəbuluna düşmüş və beləliklə də, ondan razılıq ala bilmişdi.

Bu görüş beş il öncə baş tutub. Albomun satışından əldə edilən bütün vəsaitin xeyriyyə işlərinə sərf olunacağı gözlənilir.