“Mançester Yunayted” klubu yayda mərkəz müdafiəçisi transfer etmək niyyətindədir.

Unikal/org xəbər verir ki, “qırmızı şeytanlar”ın bu mövqeyə düşündüyü üç futbolçu var. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bunlar “Bornmut”dan Natan Ake, “Aston Villa”dan Tayron Minqs və “Milan”dan Alessio Romanyolidir. “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşerin bu üç futbolçu arasında əsas hədəfi Natan Akedir.