Dünyanın ən zəngin  insanı, “Amazon”un rəhbəri Ceff Bezosun sərvəti 180 milyard dolları keçib.

Unikal.org xəbər verir ki, bu barədə “Forbes” biznes jurnalı yazır

Bezosun sərvəti onun “Amazon” şirkətinin səhmlərinin qiymətinin bahalaşması fonunda artıb.  

Nəşrin hesablamalarına görə, iyunun 8-də şirkətin kapitalllaşması 1,54 trilyon dollara çatıb. Beləliklə də,  “Amazon”un səhmlərini 11%-nin sahibi olan Bezosun  sərvəti 182,6 mlrd dolları keçib.