Ağsu rayonunun Nüydü kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verib. Yanğının yaxınlıqdakı əkin sahələrinə və meşə zolağına keçmə təhlükəsi yaranıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.