Polşanın Nove-Skalmejiçe qəsəbəsində köhnə qatar stansiyasının yenidənqurma işləri zamanı şüşə butulka içərisində İkinci Dünya Müharibəsi illərinə aid məktub tapılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məktub Jan Karalevski və Vladslav Sobanski adlı dəmiryolu işçiləri tərəfindən yazılıb.

1941-ci ilə aid məktubda: "Bu məktubu bura xatırlatma notu kimi qoyuruq. Bu kağız parçasını kim tapsa, Hitlerin insanlığa qarşı müharibəsini xatırlayacaq. Eynilə cermenlərin insanları qovduğu zamankı kimi"- cümlələr qeyd olunub. 

Qeyd edək ki, cermenlər Cermen Cəngavərlərinə referans olaraq, İkinci Dünya Müharibəsin zamanı alman əsgərləri barəsində vulqar ifadə kimi istifadə edilirdi.