Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 59 nəfərdir.

Bu barədə Unikal.org Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Qeyd edilir ki, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 329 nəfərə çatıb.

Xatırladaq ki, dünən xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 317 nəfər idi.