Salyan rayonunda yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 128 kv/m olan ikimərtəbəli evin yanar konstruksiyaları 48 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.