Elazığdakı zəlzələdən sonra zədələnmiş binaların söküntü işlərini həyata keçirən firmanın sahibi, tanınmış ankaralı iş adamı Ertem Gürsoy otel otağında ölü halda tapılıb.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, 36 yaşlı iş adamı ilə əlaqə yarada bilməyən işçiləri onun qaldığı otelə gediblər.

Belə ki, Gürsoyun otağına daxil olan otel rəsmiləri onun cəsədi ilə qarşılaşıblar. Meyit tibbi ekspertizaya göndərilib.

 Faktla bağlı polis araşdırmaya başlayıb.