Cəlilabadda külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 3-də Üçtəpə kəndi ərazisindən tapılmış 2 ədəd çantaya baxış zamanı 3 kiloqram 840 qrama yaxın heroin, 2 kiloqram 760 qram həşiş, 1 kiloqramdan artıq tiryək, 1 kiloqrama yaxın metamfetamin və 500 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.