Zaqatalanın Çobankol kəndində yerləşən evlərin birindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq istintaqa təqdim edilib.

Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan dostlar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.