"Qarşıdan gələn həftə Rusiyadan 250 vətəndaşın ölkəmizə gətirilməsi nəzərdə tutulur".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn həftə İran və Gürcüstandan da bir qrup Azərbaycan vətəndaşının vətənə gətirilməsi nəzərdə tutulur.