Cənubi Koreyanın sabiq prezidenti Pak Kın He korrupsiya səbəbindən 20 il müddətinə azadlıqdan məhrum edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa o, 20 milyard von (təxminən 28 milyon manat) məbləğində cərimələnib.

Qeyd edək ki, Pak Kın He 2016-cı ildə 34 millət vəkilinin səsi ilə impiçmenti təklif edilib. 2017-ci ilin martın 10-da isə Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən tam olaraq azad edilib.