ABŞ-da koronavirusa yoluxma hallarında növbəti dəfə rekord qeydə alınıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  son sutka ərzində ölkədə 63,2 min nəfər virusa yoluxub. 990 nəfər isə həyatını itirib.

Bir gün əvvəl bu göstəricilər müvafq olaraq 58,6 min və 820 nəfərə bərabər olmuşdu.

ABŞ-da bu günədək 3 milyondan çox şəxs koronavirusa yoluxub, 1 332 xəstə həyatını itirib.