Yaponiyada son sutkada COVID-19 virusuna 408 nəfərin yoluxması təsdiqlənib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, aprel ayının 24-dən sonra ölkədə gündəlik yoluxma ilk dəfə 400 nəfərdən çox olub. Yoluxanların 243 nəfəri paytaxt Tokionun payına düşüb.

Bütövlükdə Yaponiyada indiyədək koronavirusa 21 888 nəfər yoluxub ki, bunlardan 995 nəfəri ölüb, 18 310 nəfəri isə sağalıb.