Moldovada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Moldovanın Baş Naziri İon Kiku bu gün bildirib ki, hakimiyyət fövqəladə vəziyyət rejiminin müddətinin iyulun 31-dək uzadılması ilə bağlı qərar qəbul edib.

O qeyd edib ki, bu müddət ərzində tətbiq olunan qadağa və məhdudiyyətlərin böyük hissəsi qüvvədə qalacaq.

Xatırladaq ki, Moldovada indiyə kimi COVID-19-a 18 924 yoluxma qeydə alınıb, 635 nəfər vəfat edib.