Qırğızıstanda ötən sutka ərzində koronavirusa daha 552 nəfər yoluxub.

Unikal.org xəbər verir ki, bu yoluxmalardan 314-ü paytaxt Bişkekdə qeydə alınıb. Bu günədək Qırğızıstanda koronavirusa yoluxanların ümumi sayı 9 910 nəfərə çatıb.

Ötən gün koronavirusdan 3 nəfər ölüb, 102 nəfər sağalıb, ölənlərin ümumi sayı 125 nəfər, sağalananların ümumi sayı isə 3 236 nəfərdir. Pandemiya dövründə ölkədə 1 529 tibb işçisi də koronavirusa yoluxub.