Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qaplan” əməliyyatı çərçivəsində İraqın Haftanin bölgəsində PKK-ya qarşı əməliyyat keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, PUA-lar vasitəsilə keçirilən əməliyyat nəticəsində 3 terrorçu məhv edilib. Bölgədə əməliyyatların davam edəcəyi vurğulanıb.