Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb.  

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 995 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5001 nəfər karantində saxlanılır, 219 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 857 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.