Argentinalı inqilabçı Ernesto Çe Gevaranın (Ernesto Che Guevara) Risario şəhərində dünyaya gəldiyi ev satışa çıxarılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, inqilabçının 2011-ci ildən bu yana boş qalan evi təxminən 400 min dollara satışa çıxarılıb. Mənzilin sahibi Fransisko Faruggiya 2002-ci ildə satın aldığı evi mədəniyyət mərkəzinə çevirmək istədiyini desə də, bunu edə bilmədiyini bildirib.

O,  həmçinin Uruqvayın keçmiş dövlət başçısı Xose Pepe Muxika, eləcə də Kubanın lideri Fidel Kastronun bir zamanlar bu evi ziyarət etdiyini də bildirib.