Ukraynanın Odessa şəhərində Osmanlı imperiyası zamanı inşa edilən Akkerman qalasında 300 illik yaşı olduğu ehtimal edilən kağız dua tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tarixçi Andrey Krasnojon kağız duanın Osmanlı imperiyası dövründən qaldığını bildirib. Tarixçi qatlanmış vəziyyətdə olan kağız duada bəzi hərflərin oxuduğunu bildirib və əlavə edib ki, onun üzərində "qorxu üçün yazılıb" sözləri seçilir. Krasnojonun sözlərinə əsasən, duanın tam mətnini hələ başa düşmək tezdir. 

Duanın isə 1588-89-cu illərə aid olması ehtimal edilir.