Monqolustanda taun xəstəliyindən ilk ölüm hadisəsi qeydə alınıb.

Unikal.org “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Hov-Altay regionunun 15 yaşlı sakini marmot əti yeyərək tauna yoluxub. 

Xatırladaq ki, cari yay Monqolustanda iki, Çindəki Daxili Monqolustan Muxtariyyətində isə bir nəfərdə taun qeydə alınıb.

Hov-Altayın ərazisinin bir hissəsi epidemioloji təhlükə səbəbindən təcrid olunub.