Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlu dəfn edilib.

Unikal.org xəbər verir ki, şəhidin cənazəsi Biləsuvar rayonunun Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, Müdafiə Nazirliyinin nümayəndələri və yerli sakinlər iştirak edib.