ABŞ-ın büdcə defisiti 864 milyard dollar olmaqla rekord həddə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Maliyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bu, cari ilin may göstəricilərindən iki, ötən ilin iyun ayının göstəricilərindən isə 10 dəfə çoxdur. 

Bundan savayı, büdcə gəlirlərinin iyun ayında azalması bütün 2019-cu maliyyə ilinin kəsiri səviyyəsinə çatıb.

Xəzinədarlıqdan bildirilib ki, göstəricilərin azalması federal hökumətin koronavirusun yayılması ilə mübarizəyə xərclərinin artması, eləcə də vergi daxilolmalarının azalması ilə bağlıdır.