“Bu onu göstərir ki, generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmir və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Əfsus ki, döyüşlər itkisiz olmur”.

Unikal.org xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

“Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərə rəhmət, ailələrinə səbr, yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirik ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq”,- deyə nazir müavini əlavə edib.