Türk Şurasının Baş katibi Bağdad Amreyev Ermənistan Silahlı Qüvvələrinin Ermənistanla sərhəddə yerləşən Azərbaycanın sıx məskunlaşdığı Tovuz bölgəsinə hücumunu sərt şəkildə pisləyib və bölgədəki gərginliyin artmasından dərin narahatlığını ifadə edib.

Unikal.org xəbər verir ki, Baş katib şəhidlərin ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir və yaralananlara şəfa diləyib.

Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini təsdiqləyən Türk Şurası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə qəbul olunan  sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında mümkün qədər tez həll olunmasının vacibliyini qeyd edib.

Bu çərçivədə Baş katib münaqişənin dərhal sona çatmasına, tərəfləri gərginliyi azaltmağa və beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsip və normalarına və 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq münaqişənin sülh yolu ilə həll edilməsi yollarını axtarmağa çağırır.