Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 196 775 nəfər artaraq 12 964 809-a yüskəlib.

Unikal.org bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 3 634 pasiyent koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 570 288-ə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (6 780 428 nəfər) və Avropada (2 946 104 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.