"Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə  həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar. Bildiririk ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir".

Unikal.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin vətəndaşlara müraciətində bildirilir.

"Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - deyə müraciətdə qeyd olunur.