İsraildə adı korrupsiyada ittiham olunan Baş nazir Binyamin Netanyahuya qarşı reaksiyalar səngimir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə etirazçı, korrupsiyada günahlandırılan Baş nazir Binyamin Netanyahunun Qüdsdəki iqamətgahının qarşısına toplaşaraq istefasını tələb ediblər. Demokratiyanın və qanunun aliliyinin qorunmadığından şikayətçi olan etiraz iştirakçıları aksiya zamanı "İstefa" şüarını səsləndiriblər. 

Qeyd edək ki, Baş nazir iş adamlarından bahalı hədiyyələr və rüşvət almaqda ittiham edilir.