Ağsu rayonunda yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Ağsu rayonunun Cəlayir kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli hazırda fəaliyyət göstərməyən tibb məntəqəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.