“Beşiktaş” ciddi itki ilə üzləşib.

Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçisi Kevin Nkudunun xidmətindən məhrum olub.

Fransalı futbolçu Super Liqanın 32-ci turu çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdikləri “Yeni Malatyaspor”la oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bu oyunun 80-ci dəqiqəsində cəzalanan futbolçu növbəti turda qarşılaşaqları “Fənərbaxça” ilə derbidə iştirak edə bilməyəcək.

Qeyd edək ki, 33-cü tur çərçivəsində baş tutacaq “Beşiktaş” – “Fənərbaxça” matçı iyulun 19-da keçiriləcək.