Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 4 yoluxma halı qeydə alınıb.  

Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1003 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5640 nəfər karantində saxlanılır, 244 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 870 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.