Malayziya sularında tutulan insan ağızlı balığın şəkilləri “Twitter”də geniş  yayılıb.

Unikal.org xəbər verir ki, Bu barədə NDTV yazır.

İnternetdə yayımlanan kadrlarda insandakı kimi dodaqları və dişləri olan balıq görüntülənib. Paylaşım minlərlə dəfə şərh olunub, paylaşılıb və bəyənilib.

Məlum olub ki, video müəllifi “triggerfish” ailəsinin nümayəndəsinin şəklini çəkib. Bu balıqlara Atlantik, Hindistan və Sakit okeanların tropik və subtropik hissələrində rast gəlinir.

Təcavüzkar davranışları ilə məşhur olan bu balıqlar, tez-tez dalğıclara hücum edirlər və hətta dalğıc kostyumunu dişləyə bilərlər.