İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 199 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusdan ölənlərin sayı 13 410 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 388 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 264 561 nəfərə çatıb.