Əlcəzair məhkəməsi sabiq baş nazirlər Əhməd Uyahyuya və Ədulmalik Sellyaya 10 il müddətinə həbs cəzası verib.

Unikal.org “Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, onlar qeyri-qanuni olaraq iş adamı Muhiddin Tahkuta imtiyazlar verməkdə ittiham olunurlar.

Daha öncə isə Uyahyu və Sellyay korrupsiyada ittiham olunaraq 12 müddətinə həbs cəzası almışdılar.

Hazırda hər iki eks-baş nazir cəzaçəkmə müəssisəsindədir.