Türkiyəli məşhur MMA döyüşçüsü Batuhan Akduman Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən toqquşmaya biganə qalmayıb.

Unikal.org xəbər verir ki, B.Akduman şəhid olan Azərbaycan əsgərlərinin fotolarını sosial şəbəkədəki hesabından paylaşıb.

O "Başın sağ olsun Can Azərbaycan.

Qarabağ Azərbaycanın öz torpağıdır və elə də qalacaq.

Yaxın zamanda gələcəyik. Sabah bütün oralar, dəmir biləklərdəki çəlik qılınclarındır" sözləri ilə Azərbaycan əsgərinə öz dəstəyini də nümayiş etdirib.

Xatırladaq ki, Batuhan Akdumanı erməni idmançıRafael Abrahamyan  yarış zamanı qəsdlə boğaraq öldürməyə cəhd etmişdi. 

Hadisə ötən ilin oktyabr ayında baş vermişdi. Erməni idmançının bu hərəkəti sosial şəbəkədə bütün avropa idmansevərləri tərəfindən sərt təpki almışdı.