Təqaüdə çıxmağa hazırlaşarkən koronavirus pandemiyasına məruz qalan amerikalı zərgər aylardır planlaşdırdığı işin icrasına başlayıb.  

Unikal.org xəbər verir ki, Miçiqan ştatının Detroit şəhərində 23 ildir fəaliyyət göstərən “J&M”  zərgərlik dükanının sahibi Perri, dükandakı zinət əşyalarını 4000 dollarlıq hissələrə böldüyünü və şəhərin müxtəlif yerlərində basdırdığını bildirib.  

Bununla da, amerikalı zərgər 1 milyon dollarlıq zinət əşyalarını  basdıraraq  “xəzinə ovu” kampaniyasına start verib. Həmçinin də,  zərgər basdırdığı xəzinənin xəritəsini də hazırlayıb. 

Belə ki, həmin xəritələri 49 dollara satan Perri, kampaniyaya qoşulan insanların axtarış zamanı diqqətli və səbrli olmalarını bildirib.