Alişan olaraq tanınan türkiyəli məşhur müğənni Serkan Burak Tektaş çətin günlərdə Azərbaycana dəstəyini bildirib.

Unikal.org xəbər verir ki, o, bununla bağlı özünün "İnstagram" səhifəsinin "Hekayə" bölümündə paylaşım edib.

Fotoların birində Azərbaycan və Türkiyə bayraqlarının fonunda "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan" yazan müğənni şəhid generalımız Polad Həşimovu da yad edib:

"Nə şah adam imişsən, nə gözəl ürəyin var imiş... Məkanın Cənnət olsun, nur içində yatasan"- deyə o, qeyd edib.