ABŞ Azərbaycan və Ermənistanı sərhəddə dərhal deeskalasiyaya, danışıqların bərpasına və atəşin dayandırılmasına çağırır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“ABŞ Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələrdən dərin narahatdır və qurbanlarla bağlı başsağlığı verir”, - deyə ABŞ rəsmisi bildirib.